21 fevral 2026. Şənbə

"Çelsi" yeni titul sponsoru ilə müqavilə imzalayıb


"Çelsi" yeni titul sponsoru ilə müqavilə imzalayıb

İngiltərənin "Çelsi" klubu süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən IFS şirkəti ilə yeni sponsorluq müqaviləsi imzalayıb.

90deqiqe.Az-ın məlumata görə, razılaşma 2028-ci ilə qədər nəzərdə tutulsa da, şirkət 2025/2026 mövsümünün sonunadək London təmsilçisinin titul sponsoru qismində çıxış edəcək. Sənaye üçün proqram təminatı hazırlayan şirkətin loqosu artıq bu həftəsonundan etibarən həm kişi, həm də qadın komandalarının formalarında yer alacaq.

Klubun prezidenti Ceyson Qennon rəsmi sayt vasitəsilə bildirib ki, bu tərəfdaşlıq “ən müasir texnologiyalardan istifadə etməklə həm meydanda, həm də meydandan kənarda görülən işləri təkmilləşdirmək və süni intellektin potensialını maksimum səviyyədə reallaşdırmaq niyyətinin göstəricisidir”.

Klub rəhbərliyi növbəti uzunmüddətli titul sponsoru ilə müqavilə çərçivəsində mövsümə təxminən 65 milyon funt sterlinq (74 milyon avro) gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, “Çelsi” 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında titul sponsoru olmayan yeganə klub idi. Londonlular 2023-cü ildə sabiq sahibi Roman Abramoviç-ə tətbiq edilən sanksiyalardan sonra telekommunikasiya şirkəti Three ilə müqaviləni ləğv etmişdi. Bundan sonra komandanın formasının ön hissəsində Infinite Athlete və Damac şirkətlərinin loqoları yer almışdı.

Fevralın 21-də “Çelsi” İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində doğma meydanda Bernli ilə qarşılaşacaq. Liam Rozenyorun rəhbərlik etdiyi komanda hazırda 44 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.







İngiltərə P.L.

Qvardiola FİFA və UEFA-ya müraciət etdi
  • İngiltərə P.L.
  • 14:52 21.02.2026
Qvardiola FİFA və UEFA-ya müraciət etdi
Noni Madueke kumirinin adını çəkib
  • İngiltərə P.L.
  • 23:37 20.02.2026
Noni Madueke kumirinin adını çəkib
“Əsas məqsədimiz nəticə qazanmaqdır”
  • İngiltərə P.L.
  • 21:40 20.02.2026
“Əsas məqsədimiz nəticə qazanmaqdır”