- İngiltərə P.L.
- 16:13 21.02.2026
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yenidən sıx oyun cədvəlindən narazılığını bildirib.
90deqiqe.Az xəbər verir ki, "City Report" çalışdırıcının dediklərini belə çatdırıb.
“FİFA və UEFA-dan xahişim yalnız budur: oyunlar arasında dörd gün fasilə, yəni 72 saat olsun. Cədvəli necə istəsəniz düzəldin, amma elə etməyin ki, biz şənbə və çərşənbə axşamı, yaxud bazar və çərşənbə günü oynağaq. Belə olarsa, oyunlar daha maraqlı olar, zədələr azalır, klubların dayanıqlı inkişafı təmin edilər və futbolçular daha xoşbəxt olar. Dörd-beş ay davam edən zədələr olmayacaq. Ancaq anlayıram ki, bunu həyata keçirmək çox çətindir”.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 27-ci turunda "Mançester Siti" "Nyukasl Yunayted"i qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.