- İngiltərə P.L.
- 22:24 21.02.2026
"Aston Villa"nın hücumçusu Tammi Abraham İngiltərə Premyer Liqasında altı illik fasilədən sonra qol vurub.
90deqiqe.Az-ın məlumata görə, ingiltərəli forvard "Aston Villa"nın doğma meydanda "Lids" ilə 1:1 hesabı ilə başa çatan oyunda komandasını məğlubiyyətdən xilas edib. Bu qol onun Premyer Liqada 2020-ci ildən bəri ilk dəqiq zərbəsi kimi tarixə düşüb.
Abraham sonuncu dəfə İngiltərə çempionatında 26 dekabr 2020-ci ildə "Çelsi"nin heyətində "Arsenal"a qarşı keçirilən görüşdə (3:1) fərqlənmişdi.
Daha sonra ingiltərəli forvard karyerasını İtaliya və Türkiyədə davam etdirərək "Roma", "Milan" və "Beşiktaş"ın formasını geyinib.
2026-cı ilin qış transfer pəncərəsində isə Abraham yenidən vətəninə qayıdaraq “Aston Villa”nın heyətinə qoşulub və Premyer Liqada yeni səhifə açıb.