- İngiltərə P.L.
- 22:24 21.02.2026
İngiltərə Premyer Liqasının 27-ci turunda “Çelsi” ilə “Börnli” arasındakı matç 1:1 hesabı ilə başa çatıb.
90deqiqe.Az-ın məlumata görə, qonaqlar matçın sonlarında bərabərlik qolunu vuraraq məğlubiyyətdən qaçıblar.
Bu qarşılaşma “Çelsi” üçün statistik mənada bir sıra diqqətçəkən göstəricilərlə yadda qalıb. Belə ki, bu mövsümdə “Çelsi”nin futbolçuları bütün yarışlarda (Klublararası Dünya Çempionatı istisna olmaqla) 8 dəfə qırmızı vərəqə alıblar. Bu, 2015-16 mövsümündən bəri İngiltərə çempionatında ən yüksək göstəricidir. O zaman “Vest Hem” komandasının 9 qırmızı vərəqəsi olub.
“Çelsi”nin müdafiəçisi Fofana meydandan qırmızı vərəqə ilə çıxarılan altıncı futbolçu olub. Bu, Premyer Liqada “Çelsi”nin bir mövsümdə aldığı qırmızı vərəqələrin sayını 2007-08 mövsümündəkilə bərabərləşdirib.
Digər diqqətçəkən statistik göstərici isə ev oyunlarında üstünlük əldə etdikləri matçlarda itirilən xallardır. Bu mövsüm “Çelsi” evdə hesabda öndə olarkən 17 xal itirib. Bu göstəricidə daha acınacaqlı mövsüm 1995-96 olub – o zaman “mavilər” 20 xal itirmişdi.