22 fevral 2026. Bazar günü

Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib


Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib

Fransalı müdafiəçi Uesli Fofana cari mövsümün sonunda "Çelsi" ilə yollarını ayıra bilər.

90deqiqe.Az-ın "TopSkills Sports UK"a  istinadən məlumatına görə, futbolçu “zadəganlar”ın son turda "Börnli" ilə heç-heçə etdiyi görüşdən sonra klubdan ayrılmaq qərarına gəlib. Həmin matçda Fofana qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Həmin oyun zamanı müdafiəçi azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qalıb. "Çelsi" Fofana üçün təkliflərə açıq olacaq.

Uesli Fofana 2022-ci ildə 80 milyon avroya "Lester"dən "Çelsi"yə keçib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Bu mövsüm müdafiəçi London klubunda bütün yarışlarda 26 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib.







İngiltərə P.L.

Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
  • İngiltərə P.L.
  • 17:34 22.02.2026
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
Rosenyorun "Çelsi"dəki gələcəyi bəlli oldu
  • İngiltərə P.L.
  • 15:55 22.02.2026
Rosenyorun "Çelsi"dəki gələcəyi bəlli oldu
“Çelsi” rekord göstəricilərə imza atıb
  • İngiltərə P.L.
  • 22:24 21.02.2026
“Çelsi” rekord göstəricilərə imza atıb
 "Çelsi" evdə "Börnli" ilə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 21:06 21.02.2026
"Çelsi" evdə "Börnli" ilə heç-heçə etdi
Milner Premyer Liqada yeni rekorda imza atıb
  • İngiltərə P.L.
  • 20:17 21.02.2026
Milner Premyer Liqada yeni rekorda imza atıb