- İngiltərə P.L.
- 23:59 22.02.2026
"Liverpul" səfərdə "Nottinqem Forest" üzərində minimal hesablı qələbə qazanıb – 1:0.
90deqiqe.Az xəbər verir ki, oyundan sonra “qırmızılar”ın baş məşqçisi Arne Slot qarşılaşmanı şərh edib:
“Bu gün qələbədən çox heç-heçə nəticəsinə layiq idik. Birinci hissədə çox pis oynadıq… Bu, indiyədək keçirdiyimiz ən zəif ilk hissə idi. ‘Forest’ meydanda daha yaxşı komanda idi, lakin biz müdafiədə çox intizamlı çıxış etdik və fasiləyədək qol buraxmadıq. İkinci hissədə oyunumuzu yaxşılaşdırdıq. Mak Allister bu mövsüm möhtəşəm təsir bağışlayır. Son saniyələrdə soyuqqanlılığı qoruyaraq qol vurmaq inanılmazdır”, – deyə mütəxəssis jurnalistlərə bildirib.
Mersisayd təmsilçisi yeganə qolu matçın sonlarında vurub. Qarşılaşmada fərqlənən futbolçu Aleksis Mak Allister olub.
Qeyd edək ki, "Liverpul" növbəti oyununu fevralın 28-də "Vest Hem Yunayted" klubuna qarşı keçirəcək.