8 noyabr 2026. Bazar günü

Qvardiola qısa tətilə çıxdı


Qvardiola qısa tətilə çıxdı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Nyukasl" üzərində qələbəsindən sonra kiçik istirahətə çıxaraq İtaliyaya səfər edib.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı məşhur şəhərlər – Roma, Milan və ya Neapol deyil, o, Breşiyanı seçib.

Burada o, 2000-ci illərin əvvəllərində futbolçu kimi çıxış edib.

Xatırladaq ki, oyunçu karyerasının sonunda Xosep Qvardiola "Breşiya"da Roberto Bacco və Andrea Pirlo ilə birlikdə oynayıb və Karlo Mazzone rəhbərliyi altında bu təcrübəni çox faydalı hesab edir. Bu dəfə o, yerli "Union Breşiya" (əslində onun keçmiş klubu) ilə "Pro Patria" arasındakı matçda tamaşaçı olub. Pepin keçmiş klubu 3-2 hesablı qələbə qazanaraq bu vəzifəni yerinə yetirib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”