- İngiltərə P.L.
- 14:09 24.02.2026
Sloveniya millisinin hücumçusu Benyamin Şeşko İngiltərə Premyer Liqasının 27-ci turunun son oyununda "Mançester Yunayted" klubuna qələbə qazandırıb.
90deqiqe.Az-ın "BBC Sport"a istinadən məlumatına görə, oyun sonrası Şeşko qələbənin klub üçün əhəmiyyətini şərh edib.Futbolçu bildirib ki, bu uğur çox önəmlidir, çünki onun sayəsində "Mançester Yunayted"in məğlubiyyətsiz seriyası on oyuna çatıb:
“Qələbə vacib idi, amma asan olmadı. Rəqib əsl mübarizə apardı. Hər iki komanda üçün bərabər döyüş getdi, bizə sadəcə bir qədər şans daha çox gətirdi. Mənim üçün çıxış müddətim önəmli deyil, əsas odur ki, özümü göstərə bilim”
Hazırda “Mançester Yunayted” Premyer Liqa cədvəlində dördüncü pillədə qərarlaşıb.