- İngiltərə P.L.
- 22:42 25.02.2026
Futbol Assosiasiyası ( (FA) Premyer Liqanın 24-cü turunda "Çelsi" və "Vest Hem" matçında (3:2) baş verən kütləvi insidentlə bağlı qərarını açıqlayıb.
90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 31 yanvar 2026-cı il tarixində keçirilən qarşılaşmanın 95-ci dəqiqəsində futbolçular arasında yaşanan qarşıdurmaya görə hər iki klub cəzalandırılıb.
FA bildirir ki, “Çelsi” oyunçularının qeyri-etik və təxribat xarakterli davranışının qarşısını ala bilməyib. “Vest Hem Yunayted” isə həmin epizod zamanı futbolçularının aqressiv və provokativ hərəkətlərinə nəzarət etməyib.
Hər iki tərəf ittihamları qəbul edib. Müstəqil Tənzimləyici Komissiyanın qərarına əsasən, “Çelsi” 325 min funt-sterlinq, “Vest Hem Yunayted” isə 300 min funt-sterlinq məbləğində cərimələnib.
Beləliklə, gərgin London derbisi klublara baha başa gəlib.