- İngiltərə P.L.
- 20:36 26.02.2026
İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot yay transfer pəncərəsində xərclənən 450 milyon avronun komandanın oyununa tam təsir göstərmədiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, "The Touchline" mütəxəssisin dediklərini belə çatdırıb.
“Xərclənən 450 milyon avrodan cəmi 250 milyonluq futbolçulardan istifadə edə bilmişəm. Aleksander İsak hələ bir dəfə də olsun optimal formada olmayıb. Covanni Leoni mövsümün sonunadək sıradan çıxıb. Frimponq altı oyunun beşində fayda verib. 35 milyon avroya aldığımız ikinci qapıçı Mamardaşvili isə demək olar ki, oynamır.
Beləliklə, 450 milyon avronun heç 250 milyonundan da tam yararlana bilməmişik. Halbuki rəqiblərimiz heyəti gücləndirmək üçün 200, 300, 400 milyon avro xərcləyib”.