27 fevral 2026. Cümə

"Brentford" baş məşqçisi ilə uzunmüddətli müqavilə imzalayıb


"Brentford" baş məşqçisi ilə uzunmüddətli müqavilə imzalayıb

"Brentford" klubu baş məşqçisi Keyt Endryusun müqaviləsini uzadıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, menecer klubla 2032-ci ilin yayına qədər olan uzunmüddətli müqavilə imzalayıb.

Endryus komandanı ötən yay təhvil alıb. Bundan əvvəl o, "Brentford"da Tomas Frankın heyətində çalışıb. O, həmçinin "Şelfi Yunayted" və İrlandiya Respublikası milli komandasında da çalışıb.

27 Premyer Liqa oyunundan sonra "Brentford" 40 xalla turnir cədvəlində yeddinci yerdədir. "Arsenal" isə 61 xalla turnir cədvəlinə başçılıq edir.

"Brentford"un növbəti Premyer Liqa matçı 28 fevral şənbə günü səfərdə "Börnli" ilə olacaq.







İngiltərə P.L.

"Vacib idi, amma qələbə çətin alındı"
  • İngiltərə P.L.
  • 14:09 24.02.2026
"Vacib idi, amma qələbə çətin alındı"