27 fevral 2026. Cümə

“Alissonun bir nömrə olması onun səviyyəsindən xəbər verir”


“Alissonun bir nömrə olması onun səviyyəsindən xəbər verir”

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın əsas qapıçısı Alisson Beker barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“İdeal dünyada qapıçıya ehtiyac olmur, çünki komanda yaxşı müdafiə olunur. Amma ehtiyac yarananda bizim üçün vacibdir ki, heyətdə yüksək səviyyəli qapıçı var. Alisson artıq yeddi ildir buradadır. Təkcə o yox, heyətdə Mamardaşvili də var və o da əsas qapıçı ola bilər. Ondan əvvəl isə Kelleher var idi. Amma Alisson hər zaman bir nömrə olub. Bu da onun nə qədər güclü olduğunu göstərir. O, həm Kelleheri, indi isə Mamardaşvilini arxada saxlaya bilib”.

Qeyd edək ki, “Liverpul” 28 fevral İngiltərə Premyer Liqasında doğma meydanda “Vest Hem”i qəbul edəcək.







İngiltərə P.L.