- İngiltərə P.L.
- 23:59 27.02.2026
"Çelsi"nin baş məşqçisi Liam Rosenyor “Opta”nın superkompüterinin komandaya mövsümün ən çətin mərhələsini proqnozlaşdırmasına münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, ingiltərəli mütəxəssis bildirib ki, komandası üçün hər tur eyni dərəcədə əhəmiyyətlidir:
“ Mən hər matça ayrıca baxıram. Bunu artıq demişəm. Premier League hər həftə çətindir. Hansısa oyunun digərindən daha ağır olduğunu düşünmürəm. Heyətdən və çıxışımızdan razıyam. 12 oyundan 8-də qalib gəlmişik, əslində isə 10 qələbə qazanmalı idik. Bu, pis nəticə deyil. Mənim üçün əsas məsələ futbolçuların həm fiziki, həm də psixoloji baxımdan maksimum hazır olmasıdır. Məşqlərdə komanda yaxşı təsir bağışlayır”
Qeyd edək ki, martın 1-də “Çelsi” "Arsenal" ilə qarşılaşacaq.