- İngiltərə P.L.
- 23:59 27.02.2026
Martın ilk axşamında “Arsenal” və “Çelsi” arasında İngiltərə Premyer Liqası çərçivəsində qarşılaşma keçiriləcək.
90deqiqe.Az-ın məlumatına görə, oyundan öncə keçirilən mətbuat konfransında “Arsenal”ın baş məşqçisi Mikel Arteta görüşlə bağlı fikirlərini bölüşüb:
“Bütün məsələ hazırlıqdır. Hazırlıq sənə özünəinam və düzgün emosional durum verir ki, meydana qələbə inamı ilə çıxasan. Sonra isə bunu sadəcə reallaşdırmaq lazımdır. “Çelsi” bizə qarşı oyunlarda fərqli cür çıxış edib. Onlar matç ərzində yanaşmanı dəyişə bilirlər. Bunun üçün uyğun məşqçi və futbolçulara sahibdirlər. Biz hazır olacağıq və onlardan daha yaxşı olmağa çalışacağıq. İki həftə və ya iki il əvvəl baş verənlərin artıq əhəmiyyəti yoxdur”
Qeyd edək ki, “topçular” sonuncu dəfə “zadəganlar”a 2021-ci ilin avqustunda məğlub olub. Son 10 oyunda “Arsenal” 7 qələbə qazanıb, 3 görüş isə heç-heçə başa çatıb.
Əlavə edək ki, “Arsenal” – “Çelsi” oyunu martın 1-də, Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.