9 mart 2026. Bazar ertəsi

“Liverpul” “Vest Hem”i darmadağın etdi


“Liverpul” “Vest Hem”i darmadağın etdi

İngiltərə Premyer Liqasının 28-ci turunun "Liverpul" və "Vest Hem Yunayted" arasında keçirilən oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, "Anfield" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 5:2 hesablı inamlı qələbə qazanıb.

Meydan sahibləri oyuna sürətli başlayıblar. Artıq 5-ci dəqiqədə Uqo Ekitike hesabı açıb. 24-cü dəqiqədə Vircil van Deyk standart vəziyyətdən sonra fərqlənərək üstünlüyü möhkəmləndirib. İlk hissənin sonlarında Aleksis Mak Allister dəqiq zərbə ilə hesabı 3:0-a çatdırıb.

Fasilədən sonra “Vest Hem” aktivləşib və 49-cu dəqiqədə Tomaş Souçek fərqi azaldıb. Lakin 70-ci dəqiqədə Kodi Qakpo meydan sahiblərinin dördüncü qolunu vuraraq matçın taleyini böyük ölçüdə həll edib. 75-ci dəqiqədə Valentin Kastelyanos yenidən intriqa yaratmağa çalışsa da, 83-cü dəqiqədə Aksel Disasinin avtoqolu London klubunun ümidlərini tamamilə puça çıxarıb.

Bu nəticədən sonra “Liverpul” 48 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Vest Hem” isə 25 xalla 18-ci sırada qalır və düşmə zonasında mübarizəni davam etdirir.

Növbəti turda mersisaydlılar səfərdə "Vulverhempton" ilə üz-üzə gələcəklər. London təmsilçisi isə "Fulhem" ilə səfər matçına çıxacaq.







İngiltərə P.L.

"Çelsi" "Reksem"i əlavə vaxtda məğlub etdi
  • İngiltərə P.L.
  • 01:19 08.03.2026
"Çelsi" "Reksem"i əlavə vaxtda məğlub etdi