1 mart 2026. Bazar günü

"Fasiləyə 3-0 hesabı ilə irəlidə olmağa layiq deyildik"


"Fasiləyə 3-0 hesabı ilə irəlidə olmağa layiq deyildik"

"Liverpul"un baş məşqçisi Arne Slot Premyer Liqanın 28-ci turunda "Vest Hem"lə qarşılaşma haqqında danışıb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" mütəxəssisin dediklərini belə çatdırıb.

"Əsas odur ki, üç qol standart vəziyyətlərdən vuruldu. Hakponun qolunu da standartın davamı kimi qiymətləndirmək olar. Hesab etmirəm ki, oyunumuz ilk yarıda bu hesabla öndə olmalı idi. Digər oyunlarda standartlardan qol vurmaq üçün uzun müddət çalışmışdıq, amma nəticə bu gün özünü göstərdi. Şanslarımız var idi və hər şey qaydasına düşdü."

Qeyd edək ki, oyun 5-2 hesabı ilə Mersisayd təmsilçisinin qələbəsi ilə başa çatıb.Turnir cədvəlində “Liverpul” 48 xalla 5-ci, “Vest Hem” isə 25 xalla 18-ci sıradadır.







İngiltərə P.L.

"Nyukasl" evdə "Everton"a uduzdu
  • İngiltərə P.L.
  • 21:20 28.02.2026
"Nyukasl" evdə "Everton"a uduzdu
“Liverpul” “Vest Hem”i darmadağın etdi
  • İngiltərə P.L.
  • 21:07 28.02.2026
“Liverpul” “Vest Hem”i darmadağın etdi
"Məni Messi ilə müqayisə etmək olmaz"
  • İngiltərə P.L.
  • 23:35 27.02.2026
"Məni Messi ilə müqayisə etmək olmaz"