8 noyabr 2026. Bazar günü

"Mançester Yunayted"dən inamlı qələbə


"Mançester Yunayted"dən inamlı qələbə

2025/26 mövsümünün İngiltərə Premyer Liqasının 28-ci turunun "Mançester Yunayted" və "Kristal Pelas" komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, "Old Trafford" stadionunda keçirilən matçı "qırmızı şeytanlar" 2-1 hesabı ilə qazanıb. 

Maksens Lakrua qonaqlara dördüncü dəqiqədə hesabı açıb, lakin o, 56-cı dəqiqədə meydandan qovulub. Bruno Fernandeş 57-ci dəqiqədə penaltidən qola keçərək hesabı bərabərləşdirib. Benyamin Şeşko 65-ci dəqiqədə qələbə qolunu vurub.

Bu oyundan sonra "Mançester Yunayted" 51 xalla Premyer Liqa turnir cədvəlində üçüncü, "Kristal Pelas" isə 35 xalla 14-cü yerdədir.

Növbəti turda Mançester klubu "Nyukasl Yunayted"lə (4 mart), londonlular isə bir gün sonra "Tottenhem"lə qarşılaşacaqlar.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”