16 aprel 2026. Cümə axşamı

London derbisində "Arsenal" qələbə qazandı


London derbisində "Arsenal" qələbə qazandı

2025/26 mövsümünün İngiltərə Premyer Liqasının 28-ci turunun Londonun "Arsenal" və "Çelsi" komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, "Emirates" stadionunda keçirilən matçda meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.

Oyunda hesab 21-ci dəqiqədə Villiam Saliba tərəfindən açılıb. İlk hissəyə əlavə olunmuş vaxtın 2-ci dəqiqəsində Piero avtoqolla hesabı bərabərləşdirib.

66-cı dəqiqədə Jurrien Timber yenidən meydan sahiblərini önə keçirib. 70-ci dəqiqədə isə qonaq komandanın futbolçusu Pedro Neto ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra “Arsenal” 64 xalla turnir cədvəlinin lideridir. “Çelsi” isə 45 xalla altıncı pillədə qərarlaşıb.

Növbəti turda “topçular” səfərdə "Brayton" ilə (4 mart), “zadəganlar” isə "Aston Villa" ilə (4 mart) qarşılaşacaq.







İngiltərə P.L.

Maquayr “Çelsi” ilə oyunu buraxacaq
  • İngiltərə P.L.
  • 23:44 15.04.2026
Maquayr “Çelsi” ilə oyunu buraxacaq
“Futbol odur, o isə futboldur”
  • İngiltərə P.L.
  • 23:32 15.04.2026
“Futbol odur, o isə futboldur”
“Düşmə qorxusu problem yaradır”
  • İngiltərə P.L.
  • 23:50 14.04.2026
“Düşmə qorxusu problem yaradır”