22 iyun 2026. Bazar ertəsi

"Ürəyim az qala dayanacaqdı"


"Ürəyim az qala dayanacaqdı"

"Arsenal"ın çalışdırıcısı Mikel Arteta komandanın "Çelsi" ilə son oyununda qapıçı David Rayanın oyununu şərh edib. 

90deqiqe.Az xəbər verir ki, "Daily Mail" ispaniyalı çalışdırıcının dediklərini belə çatdırıb.

"David oyunun nəticəsini həll edə bilən qapıçılardan biridir. O, həmişə diqqətini cəmləyir. Onun son seyvi... David inanılmaz bir şey etdi. O, zərbə endirəndə ürəyim az qala dayanacaqdı. Amma Raya komandanı xilas etdi"

Qeyd edək ki, sözügedən oyunda "topçular" 2-1 hesabı ilə qalib gəliblər.Arteta komandasının 64 xalı var və İngiltərə Premyer Liqasının turnir cədvəlində liderliyini qoruyur. "Arsenal" ən yaxın rəqibindən beş xal irəlidədir.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər