- İngiltərə P.L.
- 22:48 03.03.2026
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında standart vəziyyətlərin rolundan danışıb.
90deqiqe.Az xəbər verir ki, "BBC" ispaniyalı çalışdırıcının dediklərini belə çatdırıb.
“Standart vəziyyətlər çox vacib rol oynamağa başlayıb. Mən məşqçiliyə başlayanda hər şey fərqli idi. Uşaqlıqda deyirdik ki, İngiltərədə künc və cərimə zərbələrinə qol kimi sevinirlər. Bunu çox yaxşı xatırlayıram. O vaxtdan bəri çox şey dəyişməyib.
Arsenal bu sahədə trend yaradır və bu, vacib amildir. Dörd il əvvəl NBA-da üç xallıq atışlara bu qədər önəm verilmirdi, indi isə bir çox komanda buna üstünlük verir. Bu, prosesin bir hissəsidir. Oturub şikayət etmək olar, amma uyğunlaşmaq lazımdır. Bu, oyunun tərkib hissəsidir.
Xüsusilə Premyer Liqada tətbiq olunan yanaşmaya uyğunlaşmaq lazımdır. Hər ölkənin və hər klubun özünəməxsus xüsusiyyətləri var. Mən Arne Slotun niyə belə dediyini başa düşürəm və müəyyən mənada onunla razıyam”.
Qeyd edək ki, daha əvvəl "Liverpul"un meneceri Arne Slot klubların onlara çox güvəndiyi üçün Premyer Liqa oyunlarından zövq almadığını bildirib.