22 iyun 2026. Bazar ertəsi

Arteta zədəlilər barədə danışdı


Arteta zədəlilər barədə danışdı

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasındakı zədəli futbolçuların durumu ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis Kay Havertsin artıq məşqlərə qismən qoşulduğunu bildirib:

“O, məşqin bir hissəsində iştirak edib. İndi gözləməliyik ki, oyuna hazır olacaqmı və hansı vəziyyətdədir”.

Arteta həmçinin Deklan Raysın durumunun yaxşılaşdığını və onun “Brayton”la qarşılaşmada iştirakına ümid etdiyini qeyd edib.

Bununla yanaşı, Ben Uaytın qarşıdakı matçda forma geyinə bilməyəcəyi dəqiqləşib. Komandanın kapitanı Martin Odeüqisə meydana çıxmaq ehtimalı var.

Qeyd edək ki, son turda “Arsenal” evdə "Çelsi"ni 2:1 hesabı ilə məğlub edib. Həmin oyunda Havertz sonradan meydana daxil olub, Rays isə ikinci hissədə Kristian Norqardlə əvəzlənib.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər