- İngiltərə P.L.
- 00:10 04.03.2026
Braziliyalı futbolçu Estevao “Çelsi”yə keçidinin səbəbini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "The Sun" gənc hücumçunun dediklərini belə çatdırıb.
“Əvvəl ailəm digər klubların bazalarını ziyarət edirdi, amma diqqətimi ‘Çelsi’ çəkdi. ‘Çelsi’ layihəsi fərqlənirdi, çünki bu komanda oyun imkanlarını daha çox verir. Düşündüm ki, ‘Çelsi’ mənim üçün ideal variant olacaq, çünki burada daha çox oyun vaxtı əldə edə bilərəm”.
Estevao 2025-ci ilin yayında "Palmeyras"dan “Çelsi”yə 45 milyon avroya transfer olunub. Onun London klubu ilə müqaviləsi 2033-cü ilin iyun ayının 30-dək qüvvədədir.
Cari mövsümdə braziliyalı futbolçu bütün turnirlərdə 32 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə həyata keçirib.