18 aprel 2026. Şənbə

Haland geri qayıdır


Haland geri qayıdır

"Mançester Siti"nin hücumçusu Erlinq Haland zədəsini sağaldaraq meydana qayıtmağa hazırdır.

90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumatına görə, ulduz hücumçu tam sağalıb və gələcək Premyer Liqa matçında "Nottingem Forest"ə qarşı keçiriləcək matçda start heyətdə oynaya biləcək.

Matç martın 4-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.

Hazırda 25 yaşlı futbolçu İngiltərə Premyer Liqasında bombardirlər siyahısına başçılıq edir – 27 oyunda 22 qol vurub və komanda yoldaşlarına 7 məhsuldar ötürmə edib.

Norveçli zədə səbəbindən "Siti"nin "Lids"ə qarşı son oyununu buraxmışdı.







İngiltərə P.L.

"İnanıram ki, Premyer Liqada qalacağıq"
  • İngiltərə P.L.
  • 21:52 17.04.2026
"İnanıram ki, Premyer Liqada qalacağıq"