27 avqust 2026. Cümə axşamı

Çempionşipdə pley-off altı komanda ilə keçiriləcək


Çempionşipdə pley-off altı komanda ilə keçiriləcək

İngiltərə Çempionşipindən Premyer Liqaya yüksələn komandaların pley-off formatı dəyişəcək.

90deqiqe.Az İngiltərə Futbol Liqasınıın rəsmi saytına istinadən xəbər verir ki, ənənəyə görə, birinci və ikinci yerləri tutan komandalar birbaşa Premyer Liqaya çıxır, üçüncü yer isə play-off vasitəsilə müəyyən edilirdi. Əvvəllər play-off dörd komanda – üçüncü ilə altıncı yerləri tutanlar arasında keçirilirdi.

Lakin 2026/2027 mövsümündən etibarən play-off iştirakçı komandaların sayı altıya yüksələcək. Yekun format bu il müəyyən ediləcək. Yeni qaydaya əsasən, pley-off matçlarının sayı əvvəlki beş yox, yeddi olacaq.

Bu dəyişikliklə Çempionşipdən Premyer Liqaya yüksəlmək üçün mübarizə daha rəqabətli olacaq.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın