20 aprel 2026. Bazar ertəsi

FA Pedro Netoya qarşı rəsmi ittiham irəli sürüb


FA Pedro Netoya qarşı rəsmi ittiham irəli sürüb

İngiltərə Futbol Assosiasiyası (FA) "Çelsi"nin hücumçusu Pedro Netoya 28-ci tur çərçivəsində "Arsenal"la keçirilən matçda (2:1) yersiz davranışa görə rəsmi ittiham irəli sürüb.

90deqiqe.Az xəbər verir ki, FA hesab edir ki, futbolçu vaxtında meydanı tərk etməyib və hakim heyətinə qarşı təhqiredici ifadələr işlədib. Bu barədə FA öz rəsmi "X "sosial şəbəkəsi hesabında məlumat yayıb.

Netoya vəziyyətə münasibət bildirmək üçün 9 mart, bazar ertəsinə qədər vaxt verilib.

Qeyd edək ki, "Çelsi" hücumçusu matçın 67-ci dəqiqəsində ilk sarı vərəqəsini alıb və üç dəqiqə sonra meydandan qovulub. Həmin görüşdə futbolçu hər hansı məhsuldar hərəkət və ya qol ötürməsi həyata keçirməyib.







İngiltərə P.L.

"Bütün mövqelərdə problemlərimiz var"
  • İngiltərə P.L.
  • 23:30 19.04.2026
"Bütün mövqelərdə problemlərimiz var"
“Arsenal” gözləntiləri doğrultmadı"
  • İngiltərə P.L.
  • 22:27 19.04.2026
“Arsenal” gözləntiləri doğrultmadı"
Rodri “Arsenal”la oyunda zədələndi
  • İngiltərə P.L.
  • 21:48 19.04.2026
Rodri “Arsenal”la oyunda zədələndi