- İngiltərə P.L.
- 02:25 07.03.2026
“Çelsi”nin baş məşqçisi Liam Rosenyor qısa müddətdə titul qazanmağın onun üçün nə qədər vacib olması barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bildirib ki, bu, futbol dünyasında çalışan hər kəsin əsas arzularından biridir.
“Buna görə buradayam. Futbolçu, məşqçi və ya menecer kimi insanın arzuladığı məhz budur. İngiltərə Kuboku böyük ənənələrə və zəngin tarixə malik möhtəşəm turnirdir.
Amma hazırda kuboklar və ya final haqqında düşünməməliyik. Bütün diqqətimizi qarşıdakı “Rekshem”lə oyuna yönəltməliyik. Əgər yalnız titul haqqında fikirləşsən, böyük ehtimalla heç nə qazana bilməzsən. Əsas olan növbəti oyundur”, – deyə Rosenior mətbuat konfransında bildirib.
Qeyd edək ki, İngiltərə Kubokunun 1/8 final mərhələsində “Rekshem” – “Çelsi” oyunu martın 7-də Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.