17 aprel 2026. Cümə

"Nyukasl"dan heç bir sürpriz gözləmirəm”


"Nyukasl"dan heç bir sürpriz gözləmirəm”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Kuboku çərçivəsində “Nyukasl”a qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis bildirib ki, bu mövsüm rəqiblə artıq beşinci dəfə qarşılaşacaqlar və o, oyunda sürpriz gözləmir.

“Bu mövsüm ‘Nyukasl’a qarşı beşinci oyunumuz olacaq? Mən heç bir sürpriz gözləmirəm. Eddi Hau ilə münasibətlərimiz çox yaxşıdır. Biz heç vaxt birlikdə şam yeməyi yeməmişik, amma aramızda yaxşı münasibət var. Sonda biz rəqibik. Meydanda bir-birimizə qarşı oynayırıq, lakin oyundan əvvəl və sonra münasibətlər tamamilə fərqlidir”, – deyə Qvardiola mətbuat konfransında bildirib.

Qeyd edək ki, cari mövsümdə İngiltərə Premyer Liqasında “Nyukasl” və “Mançester Siti” komandaları hərəsi öz meydanında 2:1 hesablı qələbə qazanıb.

Liqa Kubokunun yarımfinal mərhələsində isə “Mançester Siti” rəqibini hər iki oyunda məğlub edib – səfərdə 2:0, evdə isə 3:1.







İngiltərə P.L.

Maquayr “Çelsi” ilə oyunu buraxacaq
  • İngiltərə P.L.
  • 23:44 15.04.2026
Maquayr “Çelsi” ilə oyunu buraxacaq
“Futbol odur, o isə futboldur”
  • İngiltərə P.L.
  • 23:32 15.04.2026
“Futbol odur, o isə futboldur”
“Düşmə qorxusu problem yaradır”
  • İngiltərə P.L.
  • 23:50 14.04.2026
“Düşmə qorxusu problem yaradır”