- İngiltərə P.L.
- 02:25 07.03.2026
“Tottenhem”də baş məşqçi dəyişikliyi yenidən gündəmə gəlib.
90deqiqe.Az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, fevral ayında Tomas Frankla yollarını ayıran London klubu mövsümün sonuna qədər komandanı müvəqqəti olaraq İqor Tudora həvalə edib.
Lakin Tudorun rəhbərliyi altında komanda İngiltərə Premyer Liqasında keçirdiyi üç oyunun hamısında məğlub olub. Bu səbəbdən “Tottenhem” aşağı liqaya düşmə zonasını cəmi bir xal fərqi ilə qabaqlayır.
Klub rəhbərliyi Tudorun istefasını nəzərdən keçirir. Xorvatiyalı mütəxəssis komandanın oyun səviyyəsini qaldıra bilməyib və rəhbərlik Premyer Liqadan çıxma təhlükəsindən ehtiyat edir.
Eyni zamanda, klub yayda baş məşqçi postuna Roberto de Zerbi gətirmək üçün danışıqlar aparır. Lakin italiyalı mütəxəssis yalnız komanda Premyer Liqada qaldığı təqdirdə “Tottenhem”ə qoşula bilər.