17 aprel 2026. Cümə

Maquayr Yunanıstandakı dava ilə bağlı rüşvət təklifini rədd etdi


Maquayr Yunanıstandakı dava ilə bağlı rüşvət təklifini rədd etdi

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr 2020-ci ildə Yunanıstanda baş verən dava ilə bağlı işi həll etmək üçün rüşvət verməkdən imtina edib.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, qalmaqalın əvvəlində Maquayraya işi həll etmək üçün polis əməkdaşlarına dəfələrlə 50.000 avro rüşvət təklif edilib. Lakin ingilis futbolçu adının təmizə çıxarılmasını tələb edərək təklifi qəti şəkildə rədd edib.

Bu, 4 mart yenidən məhkəməyə çıxarılmasına və günahkar hökmün qüvvədə saxlanılmasına səbəb olub. Məhkəmə futbolçuya 15 aylıq şərti həbs cəzası verib.

Hadisə Mikonosda baş verdi, Maquayr və dostları yerli barlardan birində digər ingilislərlə dava ediblər. Polis hadisə yerinə çatdıqda, müdafiəçi və dostları hüquq-mühafizə orqanlarına hücum ediblər. Nəticədə futbolçu və iki dostu həbs olunub və polis bölməsinə aparılıb.







İngiltərə P.L.

Maquayr “Çelsi” ilə oyunu buraxacaq
  • İngiltərə P.L.
  • 23:44 15.04.2026
Maquayr “Çelsi” ilə oyunu buraxacaq
“Futbol odur, o isə futboldur”
  • İngiltərə P.L.
  • 23:32 15.04.2026
“Futbol odur, o isə futboldur”
“Düşmə qorxusu problem yaradır”
  • İngiltərə P.L.
  • 23:50 14.04.2026
“Düşmə qorxusu problem yaradır”