7 mart 2026. Şənbə

İngiltərə Kuboku: “Liverpul” səfərdə “Vulverhempton”u məğlub edərək 1/4 finala yüksəldi


İngiltərə Kuboku: “Liverpul” səfərdə “Vulverhempton”u məğlub edərək 1/4 finala yüksəldi

İngiltərə Kubokunun 1/8 final mərhələsində “Vulverhempton” və “Liverpul” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma İngiltərənin Vulverhempton şəhərində yerləşən “Moline” stadionunda baş tutub. Oyunun baş hakimi Farai Hallam olub.

Matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 51-ci dəqiqədə açılıb. “Liverpul”un müdafiəçisi Endryu Robertson komandasını önə keçirib. Cəmi iki dəqiqə sonra hücumçu Məhəmməd Salah fərqi iki topa çatdırıb.

74-cü dəqiqədə yarımmüdafiəçi Körtis Cons qonaqların üçüncü qolunu vuraraq hesabı 3:0 edib. Qarşılaşmanın 90+1-ci dəqiqəsində isə meydan sahiblərinin hücumçusu Hvan Hi Çan bir qolla fərqi azaldıb və matçın yekun hesabını müəyyənləşdirib — 1:3.

Xatırladaq ki, əvvəlki mərhələdə “Liverpul” “Brayton end Houv Albion” üzərində 3:0 hesablı qələbə qazanmışdı. “Vulverhempton” isə “Qrimsbi Taun”u 1:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, turnirin son qalibi finalda “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edən “Kristal Pelas”dır.







İngiltərə P.L.

"Nyukasl"dan heç bir sürpriz gözləmirəm”
  • İngiltərə P.L.
  • 21:23 06.03.2026
"Nyukasl"dan heç bir sürpriz gözləmirəm”