- İngiltərə P.L.
- 18:33 07.03.2026
“Arsenal” İngiltərə Kubokunun 1/8 final mərhələsində səfərdə “Mansfild Taun”la qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, London klubu bu görüşdə 2:1 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib.
Lakin oyunda “kanonirlər” üçün xoşagəlməz məqamlar da yaşanıb. Matçın ilk yarısında Leandro Trossar zədələnərək əvəzlənib, ikinci hissədə isə Rikkardo Kalafyori meydanı tərk edib. İtalyan futbolçunun əzələ zədəsi aldığı bildirilir.
Növbəti matçını Mikel Artetanın komandası Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə “Bayer”ə qarşı keçirəcək. Görüş martın 11-də Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.