- İngiltərə P.L.
- 02:03 08.03.2026
“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Kubokunda “Nyukasl”la keçiriləcək matçın heyətinə daxil edilməyib.
90deqiqe.Az xəbər verir ki, hücumçu mövqeyini Omar Marmuş tutub, norveçli futbolçu isə hətta ehtiyat oyunçular arasında da yer almayıb.
“Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola Halanda Çempionlar Liqasının 1/8 finalında Madrid “Real”ı ilə keçiriləcək ilk oyundan əvvəl istirahət vermək qərarına gəlib. Ulduz futbolçunun sağlamlıqla bağlı heç bir problemi yoxdur.
“Nyukasl” – “Mançester Siti” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.