- İngiltərə P.L.
- 02:03 08.03.2026
İngiltərə Kubokunda beşinci mərhələnin daha bir oyunu baş tutub.
90deqiqe.Az xəbər verir ki, "Nyukasl" öz meydanında "Mançester Siti"ni qəbul edib. "Sent-Ceyms Park" stadionunda keçirilən qarşılaşmanı hakim Samuel Barrott idarə edib.
Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
18-ci dəqiqədə Harvi Barns hesabı açaraq meydan sahiblərini önə çıxarıb. 39-cu dəqiqədə Savio bərabərlik qolunu vurub.
İkinci hissənin əvvəlində Omar Marmuş 47-ci dəqiqədə qonaqları hesabda önə çıxarıb. 65-ci dəqiqədə isə o, ikinci qolunu vuraraq qələbəni rəsmiləşdirib – 3:1.
Turnirin 1/4 final mərhələsinin püşkü 9 martda atılacaq. Son qalib "Kristal Pelas" olub. Finalda London klubu "Mançester Siti"ni 1:0 hesabı ilə məğlub edib.