- İngiltərə P.L.
- 17:53 09.03.2026
"Liverpul" klubunun yarımmüdafiəçisi Florian Virts yeni komandasında necə rahatlaşdığını və Məhəmməd Salahın ona göstərdiyi dəstəyi açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Anfield Sector" futbolçunun dediklərini belə çatdırıb.
“Salah həmişə mənə kömək etməyə çalışır, mənimlə danışırdı. O da gənc yaşda klubda debüt etmişdi və böyük transfer olmuşdu. Həmişə mənimlə söhbət etməyə çalışırdı ki, özümü rahat hiss edim”
Alman futbolçu ötən ilin yayında "Bayer" klubundan 125 milyon avroya "Liverpul"a transfer olunub.
22 yaşlı futbolçu bu mövsümdə bütün turnirlərdə "Liverpul"un heyətində 36 oyunda meydana çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.