- İngiltərə P.L.
- 17:53 09.03.2026
“Liverpul” klubunun hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”a qarşı keçiriləcək oyunda eyni anda iki rekorda imza ata bilər.
90deqiqe.Az-ın məlumatına görə, 33 yaşlı futbolçu bu matçda meydana çıxacağı təqdirdə, klubun sabiq müdafiəçisi Ceymi Karrageri geridə qoyaraq “Liverpul”un tarixində Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu olacaq. Hazırda hər iki oyunçunun hesabında turnirdə 80 qarşılaşma var.
Bundan başqa, Salah daha bir qol vurarsa, Çempionlar Liqasının tarixində 50 qol həddinə çatan ilk afrikalı futbolçu kimi tarixə düşəcək. Hazırda misirli hücumçunun turnirdə 49 qolu var.
Qeyd edək ki, cari mövsümdə Salah “Liverpul”un heyətində bütün turnirlərdə 30 oyuna çıxıb. O, bu matçlarda 9 qol vurub və 8 məhsuldar ötürmə edib.