- İngiltərə P.L.
- 23:31 09.03.2026
Martın 9-u axşam saatlarında İngiltərə Kubokunun 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, püşkatmada sabiq futbolçular Darren Fletçer, Alli Makkoyst, Co Koul və Co Hart iştirak ediblər.
Püşkün nəticəsinə əsasən aşağıdakı cütlüklər formalaşıb:
“Sauthempton” – “Arsenal”
“Çelsi” – “Port Veyl”
“Mançester Siti” – “Liverpul”
“Vest Hem” və ya “Brentford” – “Lids”
Sonuncu iştirakçı “Vest Hem” – “Brentford” matçının nəticəsinə əsasən müəyyənləşəcək. Həmin görüş 9 mart tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 01:30-da başlayacaq.
1/4 final mərhələsinin oyunları 4 və 5 aprel tarixlərində baş tutacaq.
Qeyd edək ki, turnirin əvvəlki mövsümünün qalibi “Kristal Pelas” olub. London təmsilçisi bu mövsüm isə gözlənilmədən yarışla erkən vidalaşıb və altıncı divizion təmsilçisi “Maklsfild” klubuna məğlub olub.