11 mart 2026. Çərşənbə

"Palmer “Mançester Yunayted”ə keçsə, məmnun olaram"


"Palmer “Mançester Yunayted”ə keçsə, məmnun olaram"

“Mançester Yunayted”in sabiq futbolçusu Patrik Evra “qırmızı şeytanlar”ın "Çelsi" klubunun yarımmüdafiəçisi Kole Palmer ilə maraqlanması barədə yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az-ın "SimplyUtd"a istinadən məlumatına görə, keçmiş müdafiəçinin sözlərinə görə, bir çox futbolçu uşaqlıqda müəyyən klubun azarkeşi olsa da, peşəkar karyerada vəziyyət fərqli olur.

“Düşünürəm ki, hamı "Mançester Yunayted" azarkeşidir, baxmayaraq ki, həmin klubda oynamırlar. Uşaqlıqda hər hansı komandanın fanatı ola bilərsən, amma futbolçu olanda bu, tamamilə başqa məsələdir. Palmer çox perspektivli istedad və yüksələn ulduzdur. O, “Çelsi” ilə uzunmüddətli müqavilə imzalayıb, buna görə də klubdan ayrılıb-ayrılmayacağına əmin deyiləm.

Əgər o, “Mançester Yunayted”də oynamaq istəsəydi, mən onu böyük məmnuniyyətlə qəbul edərdim. Palmerin “Mançester Yunayted”i yeni səviyyəyə qaldıra biləcəyini deyə bilmərəm. Çünki bu klubdakı təzyiq “Çelsi”dəkindən fərqlidir”

Qeyd edək ki, bu mövsüm Kole Palmer “Çelsi”nin heyətində bütün turnirlərdə 21 oyuna çıxıb. Yarımmüdafiəçi həmin matçlarda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 







İngiltərə P.L.

"Delap özünəinamdan məhrumdur"
  • İngiltərə P.L.
  • 23:49 10.03.2026
"Delap özünəinamdan məhrumdur"
"Çelsi" "Reksem"i əlavə vaxtda məğlub etdi
  • İngiltərə P.L.
  • 01:19 08.03.2026
"Çelsi" "Reksem"i əlavə vaxtda məğlub etdi