11 mart 2026. Çərşənbə

"Delap özünəinamdan məhrumdur"


"Delap özünəinamdan məhrumdur"

"Mançester Yunayted"in keçmiş futbolçusu Roy Kin "Çelsi"nin hücumçusu Liam Delapın bu mövsümdəki performansı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Stick to Football" sabiq futbolçunun dediklərini belə çatdırıb.

"Hazırda ona özünəinam çatışmır və əsl keyfiyyət çatışmır. Sadəcə hücumda təhlükəli olmaq kifayət deyil. Amma Delap hələ çox gəncdir və ona şans verilməlidir. Onu laqeyd etmirəm, amma indiyə qədər o, məni heyran etməyib"

Delap 2025-ci ildə "İpsviç Taun"dan "Çelsi"yə 35 milyon avroya keçib. Onun "Mavilər"lə müqaviləsi 30 iyun 2031-ci ilə qədərdir. Hücumçu bu mövsüm London klubunda bütün yarışlarda 28 oyunda iştirak edib, iki qol vurub və dörd məhsuldar ötürmə edib.







İngiltərə P.L.

"Delap özünəinamdan məhrumdur"
  • İngiltərə P.L.
  • 23:49 10.03.2026
"Delap özünəinamdan məhrumdur"
"Çelsi" "Reksem"i əlavə vaxtda məğlub etdi
  • İngiltərə P.L.
  • 01:19 08.03.2026
"Çelsi" "Reksem"i əlavə vaxtda məğlub etdi