- İngiltərə P.L.
- 14:04 11.03.2026
“Liverpul”un yarımmüdafiəçisi Alexis Mak Allister klubunu dəyişmək niyyətindədir.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, futbolçu İngiltərə klubuna transferlə bağlı sorğu göndərib. Bildirilir ki, argentinalı yarımmüdafiəçi karyerasını başqa çempionatda sınamaq istəyir.
Daha əvvəl yayılan xəbərlərdə futbolçunun adı PSJ və "Real Madrid" ilə hallandırılmışdı.
Qeyd edək ki, Mak Allisterin “Liverpul” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.
Cari mövsümdə 25 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 28 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.