31 yanvar 2026. Şənbə

32 milyonluq təzminat


32 milyonluq təzminat

Mançester Yunayted baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır.

Corner.az xəbər verir ki, cari mövsümə uğursuz başlayan Mançester təmsilçisi Ola Qunnar Sulşeri istefaya göndərməyi planlaşdırır.

Britaniya mətbuatının yazdığına görə, "Qırmızı şeytanlar" onu “Tottenhem”in baş məşqçisi Mauritsio Poçettino ilə əvəzləmək istəyir. Klub rəhbərliyi hətta Poçettinonun London təmsilçisindən erkən ayrılığı üçün 32 milyon funt-sterlinqlik təzminatını da ödəməyə hazır olduğu bildirilib.

Mançesterlilər Premyer Liqada 6 turdan sonra 8 xalla 8-ci pillədə qərarlaşıb. Poçettinonun “Tottenhem” də təzyiq altında olmasından istifadə edən "Mançester Yunayted" rəhbərliyi onu Mançesterə gətirmək istəyir.

Argentinalı mütəxəssis “Tottenhem”i altıncı mövsümdü çalışdırır. Ötən il bu komandanı Çempionlar Liqasının finalına da çıxaran 47 yaşlı məşqçi daha öncə “Sauthempton” və “Espanyol”u çalışdırıb.







İngiltərə P.L.

"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"
“Tottenhem” Pedro Porronu itirdi
  • İngiltərə P.L.
  • 11:58 28.01.2026
“Tottenhem” Pedro Porronu itirdi