13 mart 2026. Cümə

“Arsenal” bütün turnirləri qazana bilər”


“Arsenal” bütün turnirləri qazana bilər”

"Arsenal" klubunun sabiq futbolçusu Teo Uolkott mövsümün sonunda komandanın bütün turnirlərdə qalib gələcəyinə inandığını bildirib.

90deqiqe.Az xəbər verir ki, keçmiş futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Mən hesab edirəm ki, “Arsenal”dan kimsə kvadruply (dördqat qələbə) barədə danışmaqdan çəkinməməlidir. Hazırkı mərhələdə söhbət yalnız gözəl futbol oynamaqdan yox, nəticədən gedir. İndiki komandada çoxlu xarakterli oyunçular var, onlar vəziyyətə uyğunlaşa və tələblərə cavab verə bilirlər. Bu, əvvəllər gördüyümüz “Arsenal”a heç bənzəmir. Arteta möhtəşəm kollektiv qurub. Məncə, komanda düzgün yoldadır və bütün turnirləri qazana bilər” 

"Topçular" Premyer Liqada liderlik edir və bütün kubok yarışlarında mübarizəni davam etdirir. Mikel Artetanın komandası Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Bayer Leverkuzen"lə səfərdə 1-1 hesablı heç-heçə edib.Şənbə günü London nəhəngi evdə "Everton"u qəbul edəcək.







İngiltərə P.L.

"Nyukasl" onu buraxmaq istəmir
  • İngiltərə P.L.
  • 13:21 12.03.2026
"Nyukasl" onu buraxmaq istəmir
"Delap özünəinamdan məhrumdur"
  • İngiltərə P.L.
  • 23:49 10.03.2026
"Delap özünəinamdan məhrumdur"