28 aprel 2026. Çərşənbə axşamı

Meyson Maunt geri döndü


Meyson Maunt geri döndü

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik zədədən qayıdan yarımmüdafiəçi Meyson Mauntun vəziyyəti barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bildirib ki, futbolçu artıq komandanın ümumi məşqlərinə qoşulub.

“Maunt ümumi qrupa qayıdıb və bu, çox sevindiricidir. O, bizim üçün vacib oyunçudur. Hələ 100 faiz hazır deyil və qısa müddətdir məşq edir. Amma onun geri dönməsi bizim üçün yaxşı xəbərdir. Bazar günü oynayıb-oynamayacağını görəcəyik”

Qeyd edək ki, Meyson Maunt sonuncu dəfə "Mançester Yunayted"in heyətində 11 yanvar tarixində meydana çıxıb.

"Mançester Yunayted" növbəti turda İngiltərə Premyer Liqasında 15 mart tarixində doğma meydanda "Aston Villa" ilə qarşılaşacaq.







İngiltərə P.L.

“Çelsi” finalda
  • İngiltərə P.L.
  • 21:13 26.04.2026
“Çelsi” finalda
“Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 22:42 25.04.2026
“Arsenal”dan çətin qələbə
Haverts yenə zədələndi
  • İngiltərə P.L.
  • 22:07 25.04.2026
Haverts yenə zədələndi