14 aprel 2026. Çərşənbə axşamı

Duman Premyer Liqada qol vuran ən gənc futbolçu oldu


Duman Premyer Liqada qol vuran ən gənc futbolçu oldu

“Arsenal” futbolçusu Maks Duman “Everton”la matçda fərqlənərək yeni rekord müəyyən edib.

90deqiqe.Az-ın məlumatına görə, gənc hücumçu Premyer Liqanın tarixində qol vuran ən gənc futbolçu olub – o, 16 yaş və 73 günlük olarkən hesabı açıb.

Vunderkind Maks Duman 30-cu turun şənbə günü keçirilən matçında “Everton”a qarşı 97-ci dəqiqədə debüt qolunu vuraraq görüşün yekun hesabını – 2:0 müəyyən edib. Bu oyun 16 yaşlı futbolçu üçün “Arsenal”ın əsas komandası ilə bütün turnirlər üzrə 7-ci matç olub. Daha əvvəl o, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mikel Artetanın rəhbərlik etdiyi komanda çempionatda 70 xalla turnir cədvəlinin lideridir.







İngiltərə P.L.

“Arsenal" hələ də çempion ola bilər”
  • İngiltərə P.L.
  • 17:41 13.04.2026
“Arsenal" hələ də çempion ola bilər”
"Məğlubiyyətə layiq deyildik"
  • İngiltərə P.L.
  • 22:05 12.04.2026
"Məğlubiyyətə layiq deyildik"