30 aprel 2026. Cümə axşamı

“Mançester Yunayted” yay transferində beş oyunçunu satışa çıxaracaq


“Mançester Yunayted” yay transferində beş oyunçunu satışa çıxaracaq

"Mançester Yunayted" bir neçə futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

90deqiqe.Az-ın "The Sun"a istinadən məlumatına görə, klub 2022–2024-cü illərdə komandanın baş məşqçisi olmuş Erik ten Haqın dövründə transfer edilən beş futbolçu ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Söhbət hücumçular Rasmus Hoylund və Coşua Zirkze, yarımmüdafiəçilər Manuel Uqarte və Meyson Maunt, həmçinin qapıçı Andre Onanadan gedir.

Bildirilir ki, Mançester təmsilçisi adıçəkilən futbolçuların transferi üçün ümumilikdə 250 milyon funt sterlinq (287,5 milyon avro) vəsait xərcləyib.

Qeyd olunur ki, klub yayda heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır. “Qırmızı şeytanlar” yeni yarımmüdafiəçi, cinah hücumçusu, sol cinah müdafiəçisi və mərkəz müdafiəçisi transfer etmək niyyətindədir.







İngiltərə P.L.

“Çelsi”nin Rosenyor seçimi səhv idi"
  • İngiltərə P.L.
  • 22:41 29.04.2026
“Çelsi”nin Rosenyor seçimi səhv idi"
“İndi daha inamlı və güclü oynayırıq”
  • İngiltərə P.L.
  • 23:53 28.04.2026
“İndi daha inamlı və güclü oynayırıq”
“Hazırda əla formadadır”
  • İngiltərə P.L.
  • 23:21 28.04.2026
“Hazırda əla formadadır”
Arne Slot “Liverpul”da qalır
  • İngiltərə P.L.
  • 23:10 28.04.2026
Arne Slot “Liverpul”da qalır