- İngiltərə P.L.
- 23:46 15.03.2026
“Arsenal”ın baş məşqçisi Mikel Arteta 16 yaşlı yarımmüdafiəçi Maks Doumenin İngiltərə Premyer Liqasının 30-cu turunda “Everton”a qarşı (2:0) oyunu barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Bu barədə mənim bir ön duyğum vardı. Oyundan bir gün əvvəl Maks məşq edirdi və mən hiss etdim ki, onun anı yetişib. Güman ki, bu, onun qarşıdakı matçın əhəmiyyətindən və rəqibin gücündən qorxmaması ilə bağlıdır. O sadəcə meydana çıxır və oynayır. Oyunda doğru qərarlar qəbul edir, və dünənki Maksın çıxışı sadəcə inanılmaz idi”