- İngiltərə P.L.
- 23:46 15.03.2026
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 30-cu turunda “Liverpul” və “Tottenhem” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, görüş “Enfild" stadionuda keçirilmiş və 1:1 hesabı ilə yekunlaşıb. Matçı əsas hakim Kris Kavana idarə edib.
18-ci dəqiqədə Dominik Soboslay hesabı açaraq “qırmızılar”ı irəli çıxarıb. 90-cı dəqiqədə isə Rişarlison qonaqların cavab qolunu vurub.
Bu nəticədən sonra “Liverpul” 49 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Tottenhem Hotspur” isə 30 xalla 16-cı sıradadır.
Növbəti turda “qırmızılar” martın 21-də səfərdə “Brayton”la qarşılaşacaq, “Spors” isə martın 22-də doğma meydanda “Nottingem Forest”i qəbul edəcək.