30 aprel 2026. Cümə axşamı

"Tottenhem"ə layiq olduğu qiyməti verməliyik"


"Tottenhem"ə layiq olduğu qiyməti verməliyik"

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Tottenhem”in“Liverpul”la heç-heçə etməsi ilə (1:1) bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" keçmiş futbolçunun dediklərini belə çatdırıb.

 “Son aylarda insanlar “Tottenhem”lə gülürdülər, mövsüm çox çətin keçir, amma bu gün komanda böyük döyüş ruhu göstərdi. Bəzən oyun gözəl görünmürdü, amma “Tottenhem”in futbolçuları açıq və düzgün oynadılar, xarakter və bacarıqlarını nümayiş etdirdilər, buna görə onlara hörmət etmək lazımdır”.

Londonda “Enfild”də keçirilən görüşdə “Tottenhem” 90-cı dəqiqədə Riçarlisonun qolu sayəsində məğlubiyyətdən qurtulub. İqor Tudorun komandası Premyer Liqanın 30 turundan sonra 16-cı pillədə qərarlaşıb və hələ də zona ilə aralarında yalnız bir xal fərq var.







İngiltərə P.L.

“Çelsi”nin Rosenyor seçimi səhv idi"
  • İngiltərə P.L.
  • 22:41 29.04.2026
“Çelsi”nin Rosenyor seçimi səhv idi"
“İndi daha inamlı və güclü oynayırıq”
  • İngiltərə P.L.
  • 23:53 28.04.2026
“İndi daha inamlı və güclü oynayırıq”
“Hazırda əla formadadır”
  • İngiltərə P.L.
  • 23:21 28.04.2026
“Hazırda əla formadadır”
Arne Slot “Liverpul”da qalır
  • İngiltərə P.L.
  • 23:10 28.04.2026
Arne Slot “Liverpul”da qalır