14 aprel 2026. Çərşənbə axşamı

Premyer Liqa "Çelsi"yə cərimə və transfer qadağası tətbiq etdi


Premyer Liqa "Çelsi"yə cərimə və transfer qadağası tətbiq etdi

İngiltərə Premyer Liqası "Çelsi" klubunun maliyyə hesabatları və üçüncü tərəf investisiyaları ilə bağlı qayda pozuntularını araşdırıb.

90deqiqe.Az xəbər verir ki, London klubu 2022-ci ildə yeni sahiblərinin aşkar etdiyi keçmiş pozuntuları könüllü olaraq liqaya bildirib. Bu səbəbdən "Çelsi" cəzalandırılıb: ümumi məbləği 10,75 milyon funt (təxminən 12,44 milyon avro) olan cərimələr tətbiq olunub.

Bundan əlavə, akademiya üçün 9 ay müddətində transfer qadağası qoyulub. Başqa bir hissəsi isə şərti cəzadır – əsas komandanın oyunçularının transferinə bir illik qadağa, sınaq müddəti isə iki il müəyyən olunub.

Qeyd edək ki, hazırda "Çelsi" Premyer Liqasında turnir cədvəlində altıncı pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Arsenal" hələ də çempion ola bilər”
  • İngiltərə P.L.
  • 17:41 13.04.2026
“Arsenal" hələ də çempion ola bilər”
"Məğlubiyyətə layiq deyildik"
  • İngiltərə P.L.
  • 22:05 12.04.2026
"Məğlubiyyətə layiq deyildik"