17 mart 2026. Çərşənbə axşamı

“Mançester Siti”də yayda böyük dəyişikliklər gözlənilir


“Mançester Siti”də yayda böyük dəyişikliklər gözlənilir

“Mançester Siti”də yay aylarında genişmiqyaslı dəyişikliklərin baş verəcəyi ehtimal olunur.

90deqiqe.Az-ın "El Nacional"a istinadən məlumatına görə, Xosep Qvardiolanın komandanın baş məşqçisi vəzifəsində qalması az ehtimal edilir. Təcrübəli mütəxəssis demək olar ki, vəzifəsindən ayrılmaq qərarına gəlib. Qvardiola hesab edir ki, klubdakı dövrü artıq başa çatıb və mövcud layihə öz potensialını tükədib.

Bildirilir ki, o, ya bir müddət fasilə götürəcək, ya da milli komandalardan birinə rəhbərlik edə bilər.

Qvardiolanın “Mançester Siti”dəki yerinə əsas namizədlərdən biri Entso Mareskadır. O, daha əvvəl Qvardiolanın məşqçilər heyətində çalışıb.

Həmçinin, yay transfer dövründə iki aparıcı yarımmüdafiəçi – Rodri və Bernardo Silva da komandanı tərk edə biləcəyi gözlənilir.







İngiltərə P.L.

Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək
  • İngiltərə P.L.
  • 22:27 16.03.2026
Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək