17 mart 2026. Çərşənbə axşamı

“Timberin zədəsi bir neçə günə aydınlaşacaq”


“Timberin zədəsi bir neçə günə aydınlaşacaq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın müdafiəçiləri Yurrien Timber və Ben Uaytın vəziyyəti barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Timberin zədəsinə gəlincə, bu, bir neçə günün məsələsidir. Onun hazır olub-olmayacağına tam əmin deyiləm. Bizə bütün futbolçuların sırada olması lazımdır. Ben Uaytın komandaya nə verdiyini yaxşı bilirik. O, bu gün məşq etdi, buna görə də hər şey qaydasındadır. Hər bir oyunçunun komandaya verdiyi töhfə bizim üçün vacibdir”, – deyə Arteta mətbuat konfransında bildirib.

Xatırladaq ki, Timber İngiltərə çempionatında “Everton”a qarşı keçirilən oyunda zədə səbəbindən əvəzlənmişdi.

Qeyd edək ki, martın 17-də “Arsenal” Çempionlar Liqasının oyununda doğma meydanda Almaniyanın “Bayer” klubunu qəbul edəcək. Komandalar arasında Almaniyada keçirilən ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.







İngiltərə P.L.

Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək
  • İngiltərə P.L.
  • 22:27 16.03.2026
Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək